Müsabiqənin nəticələri

Sentyabr 13 2014 / Müsabiqə

 

�м�

Əziz və hörmətli müəllimlərimiz!

Əvvəla “Təhsildə İnteraktiv Texnologiyalar- 2014” müsabiqəsində iştirak etdiyinizə görə sizin hamınıza AR TƏHSİL PROBLEMLƏRİ  İNSTİTUTU və “Smart Technologies” şirkəti adından  təşəkkür edirik. 

Nəhayət ki, səbirsizliklə gözlədiyiniz müsabiqənin nəticələri bəllidir və bu nəticələri sizinlə bölüşürük. Xatırlayırsınızsa, müsabiqənin şərtlərinə uyğun olaraq, finala 10 dərs seçilməli idi. Lakin, maraqlı dərslər çox olduğundan, seçim etmək heç də asan deyildi.

Nəticədə belə bir qərar qəbul olundu ki, finala 12 layihə seçilsin. Bu işlərin müəllifləri öz dərslərini münsiflər heyətinin qarşısında təqdim edəcəklər. 

Beləliklə bu dərslər arasından 3 qalib layihə seçiləcək. Bu 12 layihəni və müəlliflərini sizə təqdim edirik.
 
“Təhsildə interaktiv texnologiyalar - 2014” müsabiqəsində finala çıxmış işlərin müəlliflərinin siyahısı

 
1. Verilənlər bazası strukturunun yaradılması
Məmmədova Sənubər Abdulrəhim qızı, Bakı ş., 267 nömrəli məktəb-lisey
 
2. Proqramda dəyişənlər
Cəfərova Esmira Nuruş qızı, Şirvan ş., 20 nömrəli tam orta məktəb
 
3. Ədəd oxu üzərində toplama
Məmmədova Vəfa Arif qızı, Bakı ş., 155 nömrəli tam orta məktəb
 
4. Faiz
Axundova Həyat Oktay qızı, Bakı Modern Məktəbi
 
5. School objects
Mirzəyeva Mehri Elşad qızı, İsmayıllı ş., 1 nömrəli tam orta məktəb
 
6. Azərbaycanın kənd təsərrüfatı
Həsənov Ülfət Əli oğlu, Cəbrayıl r., 8 nömrəli tam orta məktəb
 
7. Görünüş
Hacıyeva Züleyxa Əjdər qızı, Bakı Modern Məktəbi
 
8. 8 ədədi
Rəhimova Səbinə Rövşən qızı, Bakı ş., "Delfin" uşaq bağçası
 
9. Turşular
Mehdiyeva Nigar Yaşar qızı, Bakı ş., 6 nömrəli məktəb-lisey
 
10. Sifət
Dadaşova Fidan Mahir qızı, Bakı ş., 261 nömrəli məktəb-lisey
 
11. Vurma və bölmə vərdişləri
Şeyxzadə Dilşad Nurəddin qızı, Quliyeva Bədirnisə Gülmirzə qızı, Bakı ş., 102 nömrəli tam orta məktəb
 
12. Faizlər
Abdullayeva Viktoriya Vasiliy qızı, Bakı ş., 6 nömrəli məktəb-lisey
 
Finala çıxmış müəllifləri təbrik edirik və onlara 6 may tarixində keçiriləcək konfransda öz işlərini uğurla təqdim etməsini arzulayırıq.

Sizlərə daha bir xoş xəbərimiz var.

Çoxsaylı müzakirələrdən sonra qərar verildi ki, əlavə olaraq 12 layihə də fərqləndirilsin.

Bu layihələrin müəlliflərini sizə təqdim edirik.
 
“Təhsildə interaktiv texnologiyalar - 2014” müsabiqəsində fərqlənmiş işlərin müəlliflərinin siyahısı
 
1. Ümummilli Lider
Hacıyeva Dilarə Abbas qızı, Azərbaycan Dövlət Pedaqoji Kolleci
 
2. Cinderella
Süleymanova Rühəngiz Adil qızı, Bakı ş., 240 nömrəli tam orta məktəb
 
3. Seven wonders of the world
Abbasova Təranə Əsgər qızı, Bakı ş., 240 nömrəli tam orta məktəb
 
4. Hobbies
MəhərrəmovaYaqut İrfan qızı, Bakı ş., 240 nömrəli tam orta məktəb
 
5. Vəhşi təbiət
İbrahimova Nigar Azər qızı, Bakı ş., 287 nömrəli "Zəkalar" liseyi
 
6. Heyvanlarda daşıyıcı sistem
Məmmədova Xəyalə Seyfəddin qızı, Ağdam r., 36 nömrəli tam orta məktəb
 
7. Elektrik dövrəsi və onun elementləri
Ağazadə Rəna Eldar qızı, İncəsənət Gimnaziyası
 
8. Kontrast rənglərin sirləri
Məmmədzadə Rəna Ramiz qızı, Bakı ş., 160 nömrəli Klassik Gimnaziya
 
9. Xəritəsiz ərazidə səmtləşmə
Məmmədyarov Ceyhun İsmayıl oğlu, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
 
10. Gülüstan qalası, yoxsa Azərbaycan
Əliyeva Sevinc Allahverdi qızı, Bakı ş., 300 nömrəli məktəb
 
11. Kosinuslar teoremi
İsmayılov Mərdan Rəhim oğlu, Bakı ş., 313 nömrəli məktəb
 
12. Kimya Nizaminin dili ilə
Süleymanova Dilquşə Cəmiyyət qızı, Azərbaycan Müəllimlər İnstitutu
İbrahimova Rumiyyə İnşad qızı, Bakı ş., 163 saylı məktəb

 
Sizin hamınızı bir daha təbrik edirik.

Ən çox endirilən dərslər hər ay üzrə

Dərslərin endirilməsinin statistikası 01.12.2014 tarixdən etibarən hər ay üzrə hesablanır.

Ən çox baxılan dərslərDərslərin baxılma statistikası 2011-ci ildən etibarən hesablanır.

    Dərslərin baxılma statistikası 2011-ci ildən etibarən hesablanır.

    Daxil ol

    İstifadəçi adı və ya şifrə yanlışdır

    Parolu unutmusanmı?