MimioCapture
Sentyabr 09 2014 / Avadanlıq
MimioCapture™ qeydetmə sistemi MimioTeach sisteminə əlavə edildikdə lövhədə yazılanları real zamanda qeyd edir və yaddaşda saxlayır. Lövhə yazıları və cizgiləri markerlə çəkildiyi orijinal rənglərlə qeyd olunur və dərhal arzuolunan fayl formatına çevirilir. Əlyazma çap hərfli mətnə çevirilə bilər. Sistemin xüsusiyyətlərindən biri MimioCapture qeydetmə rejimi və MimioTeach interaktiv rejimi arasında dinamik dəyişmə imkanıdır. Dəstə möhkəm və asan quraşdırılan, maqnitli, elektriklə dolan cihaz daxildir. MimioStudio proqram təminatı Rəqəmsal Mürəkkəb qeydetmə rejimində ağ lövhədəki obyekt-əsaslı vektor formatında (*.ink) yazılmış və ya çəkilmiş qeydləri, cizgiləri, cədvəlləri və şəkilləri yaddaşda saxlayır. Bu format səhifələrin və səhifə içərisindəki obyektlərin redaktəsini və yerdəyişməsini təmin edir.
Dəstə daxildir:
- MimioCapture elektrikdən dolan cihaz
- batareyası elektrikdən dolan 4 ədəd marker saxlayıcısı
- 4 quru silgili Expo™ markeri (qırmızı, yaşıl, göy, qara rənglərində)
- elektrikdən dolan litium-ion batareyalı silgi
- kabelli panel (MimioTeach ™ panelinə bağlantı üçün).
Dərslərin endirilməsinin statistikası 01.12.2014 tarixdən etibarən hər ay üzrə hesablanır.
Dərslərin baxılma statistikası 2011-ci ildən etibarən hesablanır.